Samboçularımız Avropa çempionatında 4 medal qazandılar - FOTO
İdman
2974
21 Apr 2023 | 17:48

Samboçularımız Avropa çempionatında 4 medal qazandılar - FOTO

Sambo üzrə Azərbaycan milli komandası İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
 
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub.
 
Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
 
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.
Link kopyalandı!
Son xəbərlər