AZPROMO sığortaçı seçir
Cəmiyyət
3194
21 Apr 2023 | 10:30

AZPROMO sığortaçı seçir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) avtonəqliyyat vasitələrinin könüllü sığorta (KASKO) xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 100 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 8-i, saat 10:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 10-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər