Formula 1 yarışı ilə əlaqədar Bakıda 6 məktəb onlayn tədrisə keçəcək - SİYAHI
Cəmiyyət
3536
19 Apr 2023 | 16:32

Formula 1 yarışı ilə əlaqədar Bakıda 6 məktəb onlayn tədrisə keçəcək - SİYAHI

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
 
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
 
O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
 
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.
 
Link kopyalandı!
Son xəbərlər