Netanyahu Səudiyyə Ərəbistanı ilə normal münasibət və sülh istədiyini bildirib
Dünya
2392
17 Apr 2023 | 21:43

Netanyahu Səudiyyə Ərəbistanı ilə normal münasibət və sülh istədiyini bildirib

İsrail Səudiyyə Ərəbistanı ilə normal münasibət və sülh istəyir.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsey Qraham ilə görüşündə bildirib.

“Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı, region və dünya üçün möhtəşəm, tarixi nəticələrə səbəb ola bilər”, - deyə o qeyd edib.

Netanyahu həmçinin bildirib ki, İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırmaq nəhəng sıçrayış olacaq.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hazırda rəsmi diplomatik əlaqələri yoxdur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər