Kentukkidə parkda 2 nəfər güllələnərək öldürülüb, 4 nəfər yaralanıb
Dünya
2973
16 Apr 2023 | 20:13

Kentukkidə parkda 2 nəfər güllələnərək öldürülüb, 4 nəfər yaralanıb

ABŞ-nin Kentukki ştatının ən böyük şəhəri olan Luisvildə açılan atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, polisə Çikaso parkında atəşlə bağlı məlumat daxil olub.

Hadisə yerinə gələn təcili yardım xidmətləri iki nəfərin öldüyünü müəyyən edib, daha dörd nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər