Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub
Siyasət
3224
16 Apr 2023 | 19:00

Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub

Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.

Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı, müğənni Azərin, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qazi Əhliyət Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev və iş adamı Asif Qurban daxildir.

Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibəti ilə yardımlar paylanıb. Nümayəndə heyəti zərərçəkənlərlə görüş keçirib, onlarla söhbət edilib. Zəlzələdən zərər çəkənlər Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan dövlətinə ilk gündən göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.

 

Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olubAzərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olubAzərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olubAzərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olubAzərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub

Link kopyalandı!
Son xəbərlər