"Çeçen döyüşçüsünün əsir düşməsinin heç bir səbəbi olmamalıdır..."
"Əsirlik cinayət deyil, amma qoy sübut etsinlər ki, döyüşdən yayınmayıb, düşmənlə üz-üzə gəlməkdən qorxmayıb və silahı yerə qoymaq imkanını axtarmayıblar...
Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib ki, aprelin 15-də Ukrayna ilə əsirlər mübadiləsi çərçivəsində azad edilən Çeçenistan vətəndaşları Qroznıya gəlib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
"Bu gün Ukrayna əsirliyindən beç çeçen döyüşçüsü Qroznıya gəlib. Mən hesab edirəm ki, çeçen döyüşçüsünün əsir düşməsinin heç bir səbəbi olmamalıdır.
Buna müxtəlif cür haqq qazandıranlar ola bilər, lakin necə olsa da, döyüşçü başqa çıxış yolunun olmadığını sübut etməlidir. Və bunu ön cəbhəyə dönməklə sübut etmək lazımdır. Ona görə də mən geri dönənlərlə görüşmədim", - o, yazıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, "bu, bütün alayın şərəf məsələsidir. Yəni "qoy sübut etsinlər ki, döyüşdən yayınmayıb, düşmənlə üz-üzə gəlməkdən qorxmayıb, silahı yerə qoyub və güllələrdən xilas olunmaq imkanı axtarmayıblar".
Çeçenistan rəhbəri nümunə kimi Kirqiz Musixanovun tarixçəsini danışıb. O, yaralanandan, əsirliyə düşdükdən və respublikaya dönəndən sonra dərhal müharibəyə yollanıb. Bu zaman onun azad edilməsi barədə həm İçkeriyanın tərəfdarları, həm də Çeçenistan hakimiyyəti danışıb.
Belə ki, xaricdə olan İçkeriya Çeçen Respublikasının baş naziri Əhməd Zakayevlə görüşündə Musixanov deyib ki, o, könüllü olaraq əsir düşüb, lakin Zakayev ona düzəliş edərək deyib ki, onun müqavimət göstərməsi barədə hamının məlumatı var.
Kadırov vurğulayıb ki, "əsirlik cinayət deyil" və günahın bir hissəsini öz üzərinə götürərək, döyüş komplektlərinin qıtlığı şəraitinə "onların kifayət qədər hazırlıqlı olmadığını" söyləyib.
"Əlbəttə, əsirlik cinayət deyil. Mən hər şeyi anlayıram. Biz sevinirik ki, döyüşçülərimiz sağ qalıb. Əsir düşməzdən bir saat öncə onlar ratsiya ilə əlaqəyə girərək məlumat verib ki, döyüş sursatları tükənir. Lakin hər bir döyüşçü nizamsız atəş açmamalıdır, sübut etməlidir ki, döyüşdən yayınmayıb və silahı yerə qoymaq imkanını axtarmayıb", - Kadırov əlavə edib.
Azad edilən əsirlərlə Çeçenistan parlamentinin spikeri Məhəmməd Davıdov görüşüb. Respublika rəhbərindən fərqli olaraq, o, hərbçiləri "igidlik və vətənə sədaqət nümunəsi göstərən əsl çeçenlər" adlandırıb. Bu zaman onların azad edilməsini Kadırovun ayağına yazıb.
Kadırov çeçenlərin əsirlikdən nə zaman götürüldüyünü dəqiqləşdirməyib. Aprelin 16-da Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib ki, Ukrayna Rusiya əsirliyindən 130 ukraynalı müdafiəçisini qaytarıb və bu, bir neçə mərhələdə baş verib.