“Ermənistan SSRİ-dən qanunsuz çıxıb, ərazisi mübahisəlidir”
Dünya
3525
15 Apr 2023 | 13:04

“Ermənistan SSRİ-dən qanunsuz çıxıb, ərazisi mübahisəlidir”

"KTMT olmasaydı, Ermənistan çoxdan Türkiyənin tərkibində idi. Ermənistan bu təşkilata minnətdar olmalıdır".
 
Bu sözləri Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın KTMT-dən Ermənistan sərhədinin tanınmasını və onun qorunmasını gözləməsi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
 
Onun sözlərinə görə, KTMT Ermənistana müqavilə və istehsalçıların imkanları xaricində silah tədarük etməməlidir.
 
Fyodorov hesab edir ki, Ermənistan beynəlxalq hüquq baxımından SSRİ-nin tərkibindən qanunsuz olaraq çıxıb, çünki proseduru sona qədər aparmayıb və bu səbəbdən İrəvanın Moskvanın müttəfiqi hesab edilməsinə heç bir hüquqi əsas yoxdur.
 
"Beynəlxalq hüquq baxımından Ermənistan SSRİ-dən çıxmayıb, deməli, sovet dövlətinin varisi olan Rusiyadan çıxmayıb. Bu səbəbdən Moskva və İrəvan gələcək münasibətlərini bu statusa əsaslanaraq qurmalıdırlar. Ermənistan, ərazisinin beynəlxalq hüquq baxımından mübahisəli olduğunu nəzərə alaraq, müstəqil olmalıdır", - Fyodorov deyib. /qafqazinfo/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər