“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Twitter” hesabında yazıb.
O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb:
“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir”.
Qeyd edək ki, aprelin 14-də Ermənistanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan bayrağı zala gətirildikdən sonra təşkilatçılardan biri, dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb.