3592
11 Apr 2023 | 21:12

"Rusiya Krımın müdafiəsinə hazırdır: heç bir fəlakət olmayacaq"

"Tarix boyu Krımda olan heç bir ordu yarımadanı əlində saxlamağı bacarmayıb. Rusiya Krımda tələdədir..."
 
 
"Əgər Ukraynaya bundan sonra da hərbi dəstək göstərilərsə, böyük ehtimalla, Krım payızadək işğaldan azad ediləcək..."
 
 
"Rusiya Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumuna hələ ötən ilin payızında hazırlaşmağa başlayıb. Krım buna hazırdır".
 
 
Moderator.az xəbər verir ki, bu barədə regionun rusiyalı rəhbəri Sergey Aksyonov bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yazıb.
 
 
Onun sözlərinə görə, Rusiyanın Silahlı Qüvvələri   müasir, "dərin eşelonlaşdırılmış müdafiə qurub, yarımadanın müdafiəçilərinin bütün zəruri olanlarla təmin edilməsi üçün bir çox işlər görülüb və görülməkdə davam edir".
 
 
"Düşməni lazımınca qiymətləndirməmək olmaz, lakin dəqiq demək olar ki, biz buna hazırıq və heç bir fəlakət olmayacaq. Hesab edirəm ki, Krımda və onun ətrafında müdafiə qurğularının inşa edilməsi  barədə qərar düzgün və əsaslı olub", - Aksyonov özünün "Telegram-kanal"ında yazıb.
 
 
Rusiya Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumuna hələ ötən ilin payızında hazırlaşmağa başlayıb. Xerson vilayəti ilə sərhəddə fortifikasiya qurğularını yaradıb, yarımadanın çimərliklərində onlarla km səngər qazılıb. Həmçinin Qara dəniz sahilləri boyunca tankəleyhinə xüsusi dirəklər və artilleriya silahları yerləşdirilib.
 
 
Buna baxmayaraq, ukraynalı analitiklər əmindir ki, yarımada artıq bu yay "süqut edəcək". "Əgər Ukraynaya bundan sonra da hərbi dəstək göstərilərsə, böyük ehtimalla, Krım payızadək işğaldan azad ediləcək. 
 
 
Bizə həmçinin Krım körpüsünü və Krım ərazisində olan bütün hərbi obyektləri məhv etmək üçün uzaqvuran məhvedici vasitələr lazımdır. Bundan sonra Ukrayna Silahlı Qüvvələri Krıma daxil olub və bütün işğal edilən ərazini azad edə biləcək", - bunu hərbi ekspert Roman Svitan deyib.
 
 
O, qeyd edib ki, bütün tarix boyu Krımda olan heç bir ordu yarımadanı əlində saxlamağı bacarmayıb. "Rusiyalılar Krımda tələdədir", - o, buna əmindir.
 
 
Bu arada isə Ukrayna hakimiyyəti Krım məsələsinin "diplomatik yolla" həllini istisna etmir. O cümlədən bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak və rəhbərin müavini Andrey Sibiqa bəyan edib.
Link kopyalandı!
Son xəbərlər