08:28
8°C
Bakı
Bu ilin I rübündə Energetika Nazirliyi “Çağrı Mərkəzi” (974) və “Qaynar xətt”i (012-598-16-55) vasitəsilə 1 071 zəng qəbul edib.
Bunun 969-nu elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 45-ni təşəkkür, 57-ni isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib.
Bütün zənglər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlarına yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
