Azərbaycan xalqının qanlı faciəsi - FOTO
Cəmiyyət
Oxunub: 3161
31 Mar 2023 | 17:38
Azərbaycan xalqının qanlı faciəsi - FOTO
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  tədbir keçirildi
 
Martın 31-də Xətai Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə  31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  “Azərbaycan xalqının qanlı faciəsi” mövzusunda tədbir keçirildi.
 
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Sonra tədbiri giriş sözü ilə açan YAP Xətai  rayon təşkilatının sədri Vüqar Rəhimzadə  31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi. Diqqətə çatdırdı ki, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə amansız üsullarla məhv edilmiş, günahsız insanlar dəhşətli işgəncələrə məruz qalmışlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
 
YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Sənədə əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Fərmandan sonra tariximizin bu qanlı səhifələrinin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu araşdırmalar aparıldı, kitablar müxtəlif dillərə tərcümə edildi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
 
  Vüqar Rəhimzadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının erməni vəhşiliyinin növbəti təzahürü kimi qeyd etdi. Bildirdi ki, bir gecədə Xocalı şəhərində yaşanan faciə ermənilərin nə qədər vəhşi, qaniçən bir millət olduqlarını təsdiqlədi.  44 günlük İkinci Qarabağ müharibəsində də dünya erməni vəhşiliklərinin şahidi oldu. Xocalı soyqırımının davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər terror aktlarına dünya gücləri yenə də laqeyd münasibətləri ilə diqqətdə oldular.
 
   YAP Xətai rayon təşkilatının sədri Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördükləri işlərdən  geniş bəhs etdi. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə diplomatik Qələbəmizin  rolunu xüsusi vurğuladı. Bildirdi ki, bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Bütün şəhidlərimizin, soyqırımı qurbanlarının ruhları şaddır.
 
  Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı 31 Mart soyqırımı gerçəklərindən və bu qanlı faciədən alacağımız dərslərdən bəhs etdi. Alim ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini bildirdi.  Vurğuladı kı, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.
 
 M.Qasımlı qeyd etdi ki, 1918-ci ilin martında Bakıda törədilən soyqırımında çoxlu itkilər versə də Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı gecikdirilsə də dayandırıla bilmədi.  Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 31 mart tarixi iki dəfə 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü. Eyni zamanda, faciənin ötən il 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu istiqamətdə həm tarix tədqiqatlarında yeni səhifə açdığına, həm milli tarixə marağı artırdığına və həm də vətənpərvərlik hisslərini gücləndirdiyinə görə böyük tarixi əhəmiyyət daşıyır.
 
Tarixçi alim alacağımız ibrət dərslərindən bəhs edərək bildirdi ki, erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı illər qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə bu formulu bir daha təsdiq etdi.
 
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı və deportasiya  siyasəti həyata keçirdiklərini, bununla bərabər tarixi saxtalaşdıraraq özlərinə uydurma tarix yazdıqlarını diqqətə çatdırdı. Bildirdi ki, bu gün danışan faktlar və statistik rəqəmlərdir. Ermənilər  saxta tarixlə nəyəsə nail ola bilməyəcəklərini bilirdilər. Hər zaman Azərbaycan dövlətinin tarixi həqiqətlərə, faktlara əsaslanan təbliğatı qarşısında aciz duruma düşən  ermənilər 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdürüləndə özgə torpaqlarına göz dikməyin nəticəsini gördülər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız tarixi Zəfər ermənilərin və onların havadarlarının illərdir yaratdıqları mifləri darmadağın etdi. Dünya gördü ki, məğlubedilməz, yenilməz, tarixinə, torpaqlarına sahib çıxan xalq Azərbaycan xalqıdır. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə gücünü, qüdrətini dünyaya çatdırdı.
 
Rafiq İsayev faciələrimizi unutmamağa, məktəblərdə şagirdlərin vətənpərvərlik, milli ruhda böyümələri, tariximizi daha dərindən bilmələri üçün maarifləndirmə işinin daha da genişləndirilməsinin vacibliyini bildirdi.
 
AMEA-nın Akademik Yusif Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan xalqına xas olan xüsusiyyətin – bağışlamağın bəzən yaratdığı problemlərdən bəhs etdi. Qeyd etdi ki, unutqan olmamalı, ermənilərin tarixən başımıza gətirdikləri faciələri indiki və gələcək nəsillərə çatdırmalıyıq.
 
Akademik 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün bir çağırış olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin bununla bağlı 26 mart 1998-ci il tarixli Fərmanında qarşıdakı  dövrdə görüləcək işlər ehtiva edilir.  Ümummilli Liderin ziyalılarla ilk görüşündə də əsas çağırış bu oldu ki, tarixin saxtalaşdırılmasına yol verməməliyik. Eyni çağırış dövlət başçısı İlham Əliyevin çıxışlarının əsas mahiyyətini təşkil edir. Faciələrimizi unutmamalıyıq. 138 saylı məktəbin direktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və bu xəttin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində  qazanılan uğurlardan və onların zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs etdi. Bildirdi ki, artıq hədəf Qərbi Azərbaycana qayıtmaqdır.
 
Şəhid, polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov və şəhid, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirdilər ki, artıq şəhidlərimizin, soyqırımı qurbanlarının ruhları şaddır. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalanır.

Oxşar xəbərlər
00:43, Bu gün
Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib
00:41, Bu gün
"Tbilisi Maydanı" : Gürcüstan çaşqınlıq içindədir" - "Financial Times"
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 23:12
Qidadan maksimum dəmiri necə əldə etmək olar?
11 Sep 2024 | 23:04
ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
11 Sep 2024 | 22:56
Bürclər nəyi xəyal edir? Qoç və Buğa
11 Sep 2024 | 22:50
İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
11 Sep 2024 | 22:42
Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
11 Sep 2024 | 22:34
Rəsmi Moskva: Bakıya BRICS-ə qoşulmaq məsələsində hər cür kömək etməyə hazırıq
11 Sep 2024 | 22:26
Millimiz Olimpiadaya qələbə ilə başladı
11 Sep 2024 | 22:18
Hər gün balqabaq toxumu yesəniz nə olar?
11 Sep 2024 | 22:10
Bakıda qadın sürücü avtomobili marketə çırpdı – FOTO
11 Sep 2024 | 22:03
Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
11 Sep 2024 | 21:55
Ağır xəstə körpüdə tıxacda QALDI – VİDEO
11 Sep 2024 | 21:50
Tacikistanın baş müftisi bıçaqlandı
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 21:40
"İran Rusiyadan ballistik raketlərin əvəzinə nə əldə edib?" - Pentaqonun spikeri
11 Sep 2024 | 21:33
Media Tədris Mərkəzinin tələbələri məzun oldu
11 Sep 2024 | 21:25
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
11 Sep 2024 | 21:18
Ukrayna bizdən 2 şey istəyirdi, imtina etdik
11 Sep 2024 | 21:13
Xatirə şəklini tənqid atəşinə tutanlara cavab verdi
11 Sep 2024 | 21:08
Əsirlərlə bağlı Azərbaycanla fəal işləyirik - Zelenski
11 Sep 2024 | 21:00
Bu BÜRCLƏR həyatlarına yeni insan almamalıdır
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:32
"Brent" markalı neft daha da ucuzlaşacaq
11 Sep 2024 | 20:27
Bakıda qadını qatar vurdu
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:06
Azərbaycan klubu 5 basketbolçusunu yola saldı
11 Sep 2024 | 20:00
Doktoranturaya qəbul üzrə son imtahanlar keçirildi
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 19:45
İran diplomatı Britaniya XİN-ə çağırıldı
11 Sep 2024 | 19:30
Zelenski ikinci sülh planından danışdı
11 Sep 2024 | 19:14
Aralıq orucu kimlərə məsləhət deyil?
11 Sep 2024 | 19:06
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
11 Sep 2024 | 19:00
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
11 Sep 2024 | 18:55
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
11 Sep 2024 | 18:50
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
11 Sep 2024 | 18:45
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
11 Sep 2024 | 18:37
İstanbulda Azərbaycan məktəbi açılacaq
11 Sep 2024 | 18:29
Uzun və xoşbəxt HƏYATIN AÇARI
11 Sep 2024 | 18:21
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
11 Sep 2024 | 18:15
Yapon şirkəti 10 pişiyi işə götürdü
11 Sep 2024 | 18:10
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
11 Sep 2024 | 18:05
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
11 Sep 2024 | 18:00
Qəhvədən imtina etmək niyə faydalıdır?
11 Sep 2024 | 17:55
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
11 Sep 2024 | 17:50
Qarabağ Universitetində yeni akademiya yaradılır
11 Sep 2024 | 17:44
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
11 Sep 2024 | 17:38
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
11 Sep 2024 | 17:37
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
11 Sep 2024 | 17:30
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
11 Sep 2024 | 17:24
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
11 Sep 2024 | 17:17
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
11 Sep 2024 | 17:10
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
11 Sep 2024 | 17:04
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
11 Sep 2024 | 16:58
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
11 Sep 2024 | 16:52
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
11 Sep 2024 | 16:46
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
11 Sep 2024 | 16:40
Ağdamda 55 yaşlı kişini ilan sancdı
11 Sep 2024 | 16:34
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
11 Sep 2024 | 16:27
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 Sep 2024 | 16:20
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 Sep 2024 | 16:13
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
11 Sep 2024 | 16:06
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
11 Sep 2024 | 16:00
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
11 Sep 2024 | 15:55
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
11 Sep 2024 | 15:49
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
11 Sep 2024 | 15:43
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
11 Sep 2024 | 15:37
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
11 Sep 2024 | 15:31
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
11 Sep 2024 | 15:25
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
11 Sep 2024 | 15:18
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
11 Sep 2024 | 15:12
Ramiz Zeynalova ağır itki
11 Sep 2024 | 15:06
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
11 Sep 2024 | 15:00
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
11 Sep 2024 | 14:53
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
11 Sep 2024 | 14:48
Rəqqasə Fatimə 418 minə ev aldı
11 Sep 2024 | 14:42
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
11 Sep 2024 | 14:36
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
11 Sep 2024 | 14:29
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
11 Sep 2024 | 14:26
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
11 Sep 2024 | 14:22
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
11 Sep 2024 | 14:16
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
11 Sep 2024 | 14:10
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
11 Sep 2024 | 14:03
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
11 Sep 2024 | 13:57
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
11 Sep 2024 | 13:51
Sabah leysan yağacaq - HAVA PROQNOZU
11 Sep 2024 | 13:45
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
11 Sep 2024 | 13:39
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
11 Sep 2024 | 13:33
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 13:26
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
11 Sep 2024 | 13:20
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
11 Sep 2024 | 13:16
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
11 Sep 2024 | 13:11
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
11 Sep 2024 | 13:06
Bu məhsullar bahalaşdı - SİYAHI
GÜNLÜK
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
AYLIQ
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR