Yaponiya mikrosxem istehsalı üçün avadanlıq ixracına nəzarəti gücləndirəcək
Dünya
3103
31 Mar 2023 | 16:23

Yaponiya mikrosxem istehsalı üçün avadanlıq ixracına nəzarəti gücləndirəcək

Yaponiya hökuməti mikrosxem istehsalı üçün lazımi avadanlıqların ixracına nəzarəti gücləndirmək qərarına gəlib.
 
Yeni ixrac nəzarəti rejiminin iyul ayında qüvvəyə minəcəyi gözlənilir. Plana əsasən, Yaponiya Ticarət Nazirliyi ixrac üçün xüsusi icazəyə ehtiyacı olan avadanlıqların siyahısını genişləndirmək məqsədilə bəzi sənədlərə dəyişikliklər edəcək. Həmin siyahıda ümumilikdə 23 məhsulun adı var.
 
Ötən il oktyabrın 7-də ABŞ Ticarət Nazirliyi Çinə müasir çiplərin, həmçinin onların istehsalı üçün avadanlıqların, ehtiyat hissələrinin və proqram təminatının satışını qadağan edib, əsas diqqət isə süni intellektlə bağlı və hərbi sahədə istifadə oluna biləcək texnologiyalara ayrılıb. /Azərtac/
 
Link kopyalandı!
Son xəbərlər