Ekskluziv
3774
31 Mar 2023 | 13:18

"Biz qələbəmizə doğru gedirik, Rusiyanın bircə izi də torpağımızda qalmayacaq..." - Zelenski

"Dünya ukraynalıların qəhrəmanlığını heç vaxt unutmayacaq!.."
 
"Ukrayna cəbhədə qalib gələcək, Ukrayna bərpa ediləcək..."
 
Ukrayna prezidenti Vladimir Zelenski martın 30-da xalqa növbəti müraciətində Rusiya işğalçılarının cəzalandırılmasına dair xəbərləri anons edib. 
 
Moderator.az xəbər verir ki, müraciət prezident Ofisi saytında dərc edilib.
 
"400 gün...Tammiqyaslı təcavüzdən müdafiə olunmağımızın 400 günü...
 
Bu, keçdiyimiz çox böyük yoldur. Bu yolu hamımız, Ukrayna uğrunda mübarizə aparan hər bir kişi və qadın birlikdə keçmişik.
 
Bu adamlar dövlətinə və ukraynalllara qayğı göstərənlərdir. 
 
Logistikamıza kömək edənlərdir.
 
Ukrayna dəyanətini möhkəmləndirənlərdir", - prezident qeyd edib.
 
Onun sözlərinə görə, ötən yay və payızda Ukrayna sübut edib ki, yazda şimal vilayətlərinin azad edilməsi təsadüfi olmayıb.
 
"Kiyev, Çerniqov uğrunda, Sumı vilayəti uğrunda döyüş...
 
Xarkov vilayətimizin rayonlarının geri qaytarılması, Xersonun qaytarılması, Baxmut və Donbasın müdafiəsi, bütövlükdə, ukraynalıların qəhrəmanlığıdır və dünya bunu unutmayacaq.
 
Biz növbəti addımlara, fəal hərəkətlərə hazırlaşırıq.
 
Biz qələbəmizin yaxınlaşması üçün çalışırıq", - Zelenski vurğulayıb.
 
Prezident Ukraynaya, həmçinin öz ölkəsini müdafiə edən və etməkdə davam edən hər bir Ukrayna döyüşçüsünə dəstək olan bütün xarici müttəfiqlərə minnətdarlığını bildirib.
 
"Ukrayna cəbhədə qalib gələcək. Ukrayna ölkənin bərpa edilməsində qalib gələcək. Ukrayna ədalətin bərqərar edilməsində qalib gələcək.
 
Biz düşməni cəzalandıracağıq. Biz bununla bağlı yeni xəbərlər hazırlayırıq", - o, qeyd edib.
Link kopyalandı!
Son xəbərlər