Bizi sosial şəbəkələrdən izləyin:
Poetik dünyası ədəbiyyatımızın poeziya üfüqlərini şəfəqləndirən ədiblərimizdən olan tanınmış şair, idrak işığı gur əbiyyatşünas, filologiya elmləri doktoru, professor, dostum Vüqar Əhmədi ömür təqviminin 60 illiyi münasibətilə könül ziyarəti məqaminda ithaf çələngimlə qutlayıram.
Fəxrlə qeyd edim ki, neçə-neçə mükafat və təltiflərə layiq görülmüş Vüqar Əhməd AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının və Özbəkistan Respublikası " Turan" Elmlər Akademiyasının akademiki, Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü,"" Türk Dünyasına Hizmət" Beynəlxalq Qızıl( Altun) Medal laureatı, Turanın Xalq Şairi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış fəlsəfə və elmlər doktorluğu üzrə Müdafiə Şurasının üzvü, 45 kitab, 500 nəğmə müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar və Turan Beynəlxalq Yazıçılar Birliklərinin, Rusiya Dərbənd Ədəbiyyatçılar Birliyinin üzvüdür.
Sözü süzüb zilə, bəmə,
Sinə üstə qoyur dəmə...
Şəfəq dolu şeir-nəğmə,
Altmış çağda Vüqar Əhməd!
Sevdalıdır yurd-torpağa,
Zəfər yollu al bayrağa.
Şeir qoşub türk-ocağa,
Aran-dağda Vüqar Əhməd!
Gülüstandı söz dünyası,
Dürlü-dürlü rəng, boyası...
Bu dünyanın öz aynası
Qara-ağda, Vüqar Əhməd!
Alqış olsun kamalına,
Misralanan kəlamına.
Könül verib tar-kamana
Pirşağıda Vüqar Əhməd!
Həyat çəkib çox sınağa -
Gah alqışa, gah qınağa...
Dönüb sözü nur, çırağa,
Xoş soraqda Vüqar Əhməd!
Tapdıq ƏLİBƏYLİ
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü