Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağına əmindir
Siyasət
3384
23 Mar 2023 | 21:13

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağına əmindir

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və tərəflər eskalasiyadan qaçına biləcəklər.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tviterdə bildirib.

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və bu, ən yüksək səviyyədə verilən rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq. Beynəlxalq ictimaiyyət bu narrativə qəti şəkildə dəstək verməlidir”, - hökumət başçısı vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər