HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilib - FOTO
Hərb
3457
23 Mar 2023 | 12:44

HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilib - FOTO

Bu ilin hazırlıq planına əsasən "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” adı uğrunda müsabiqə keçirilib.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqədə əsas diqqət hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğinə yönəldilib.
 
Birinci mərhələ üzrə mükafatlandırılan qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər