Avstriyalı futbolçu:
İdman
2679
22 Mar 2023 | 13:42

Avstriyalı futbolçu: "Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olacağıq"

"Hər iki matçda rəqiblərimizdən daha çox topa sahib olacağıq. Amma bundan faydalanmaq da vacibdir".
 
Bunu Avstriya millisinin futbolçusu Qernot Trauner AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl "Volksblatt" nəşrinə müsahibəsində deyib.
 
31 yaşlı müdafiəçi rəqiblərlə yaxından maraqlandıqlarını bildirib: "Biz onların heyətlərinə nəzər yetirmişik. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim "Feyenoord"dakı (Niderland) komanda yoldaşım Orkunun qardaşıdır".
 
Təcrübəli oyunçu iki görüşdə də meydana çıxmağa hazır olduğunu söyləyib: "Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olar. AVRO-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik".
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.  /Report/
 
Link kopyalandı!
Son xəbərlər