Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO
Dünya
2630
21 Mar 2023 | 17:31

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 166 570 nəfər canlı qüvvə itirib.
 
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 552 tank, 6 879 zirehli maşın, 2 586 artilleriya sistemi, 507 reaktiv yaylım atəşi sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 167 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 428 avtomobil texnikası və avtosistern, 266 xüsusi texnikadan ibarətdir.

Link kopyalandı!
Son xəbərlər