Rayonlarda yağış yağacaq
Cəmiyyət
3215
21 Mar 2023 | 12:41

Rayonlarda yağış yağacaq

Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
 
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.
 
Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
 
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.
 
İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
 
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.
 
Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.
 
Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər