26 ordu komandiri vəzifədən uzaqlaşdırıldı
Dünya
2527
13 Nov 2014 | 21:29

26 ordu komandiri vəzifədən uzaqlaşdırıldı

İyun ayında Mosulu döyüşmədən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına təhvil verən İraq ordusunda təmizlik əməliyyatı başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın baş naziri Haydar əl Ebadi 26 ordu komandirini vəzifəsindən götürüb.

Dövlət televiziyasına danışan Ebadi komandirlərin ləyaqətsizlik və sui-istifadə səbəbi ilə vəzifədən alındığını açıqlayıb. O, ordu qurumlarında sui-istifadə olduğunu, buna qarşı mübarizəyə başladığını da söyləyib.

İraqdakı şiələrin dini lideri Ayətullah Sisdəni bir neçə gün əvvəl İŞİD-in müvəffəqiyyət qazanmasının səbəbi olaraq ordunun içindəki sui-istifadəni hədəf göstərib.
Link kopyalandı!
Son xəbərlər