Paytaxda pələng təşvişi -  polis onu axtrır
Dünya
2549
13 Nov 2014 | 21:07

Paytaxda pələng təşvişi - polis onu axtrır

Paris polisi küçələrdə gəzən pələngi axtarır.  Lent.az-ın məlumatına görə, supermarketdən çıxan bir qadın küçədə pələng gördüyünü iddia edib. Bundan sonra paytaxt polisi və yanğınsöndürənlər trankvilizatorlu tapança ilə pələng axtarışına çıxıblar. 

Vəhşi heyvanın haradan qaçdığı hələlik məlum deyil. Paytaxt sirkləri və əyləncə mərkəzləri bütün heyvanların yerində olduğunu deyir.
 
Paris polisi hava qaralandan sonra küçəyə çıxmamağı məsləhət görüb.
Link kopyalandı!
Son xəbərlər