Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycan-Ermənistan təmas xəttində Ermənistana məxsus hərbi vertolyotun vurulmasından sonra rəsmi Yerevan Bakının ünvanına hədələyici mesaj verib. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanissyan deyib: “Bu presendetsiz bir gərginlik səbəbidir və vertolyotumuzun məhv edilməsinin nəticələri rəsmi Bakı üçün çox ağır olacaq”.
Ovanissyan “Mİ-24” vertolyotunun silahsız olduğunu və keçiriləcək ekspertizanın bunu sübut edəcəyini bildirib.