Elmar Məmmədyarov səlahiyyətlərini təhvil verəcək
Gündəm
2396
12 Nov 2014 | 18:12

Elmar Məmmədyarov səlahiyyətlərini təhvil verəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 13-də keçiriləcək iclasında Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabatla çıxış edəcək.

 
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov iclasda Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək. O, Azərbaycanın altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.

Link kopyalandı!
Son xəbərlər