21 yaşlı qızı kütləvi şəkildə zorladılar
2939
12 Nov 2014 | 17:52

21 yaşlı qızı kütləvi şəkildə zorladılar

Ermənistanda 21 yaşlı qız kütləvi şəkildə zorlanıb.

ANS PRESS-in məlumatına görə, hadisə İrəvan şəhərində baş verib.

Belə ki, 21 yaşlı erməni qızı tanışı ilə görüşüb. Onlar Bavid Beka adlı meydanda gəzişərkən onun 3 tanışı ora gəlib. Kişilər qızı zorla “Vaz-2101” markalı maşına mindiriblər.

Maşınla qızı şəhərdə işləməyən bir zavodun ərazisinə gətiriblər. Kimsəsiz yerdə qızı maşından düşürüblər. Onlar qızı bıçaqla qorxudublar. Daha sonra qızı kütləvi şəkildə zorlayıblar. Qızı 2 saata yaxın zorladıqdan sonra orada qoyub qaçıblar.

Özünə gələn qız polisə gedərək şikayət edib.

Polis qızı zorlayanların tapılması istiqamətində əməliyyata başalyıb.

Qeyd edək ki, son zamanlar Ermənistanda belə dəhşətli hadisələr çoxalıb. Bu ölkədə ana övladını, oğul anasını əzabla öldürür. Hətta iş o yerə çatıb ki, gənc qızlar addımbaşı zorakılıqlara məruz qalır. Elə bu səbəbdən də, Ermənistanda valideyn qızlarını tək küçəyə buraxmağa ehtiyat edir.
Link kopyalandı!
Son xəbərlər