Kriminal
3169
16 Mar 2023 | 18:35

"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanılıb

"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

O, İsveçdən Norveçə gəlirmiş.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında "İnterpol"da axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər