Keniyada matç zamanı 2 futbolçu ildırım vurması nəticəsində ölüb
Dünya
3588
13 Mar 2023 | 19:03

Keniyada matç zamanı 2 futbolçu ildırım vurması nəticəsində ölüb

Keniyada futbol matçı zamanı iki futbolçu ildırım vurması nəticəsində həyatını itirib.

Bu barədə “The Citizen Digital” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərb bölgəsindəki Kissi bölgəsində həftəsonu futbol matçı zamanı yaşanıb.

“Manyansi” -“Gianchore”  futbol klublarının qarşılaşması zamanı baş verən insidentdə hər komandadan bir futbolçu həyatını itirib.

Xəsarət alan iki futbolçu da xəstəxanaya yerləşdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər