“Azadlıq” radiosunun Rusiya bölməsi müflis elan edildi
Dünya
3450
13 Mar 2023 | 12:05

Azadlıq” radiosunun Rusiya bölməsi müflis elan edildi

Moskva Arbitraj Məhkəməsi “Azad Avropa/Azadlıq Radiosu” MMC-ni müflis elan edib.

Bu barədə “TASS” məlumat yayıb.

Qeyd olunub ki, avqustun 15-də Moskva Arbitraj Məhkəməsi vergi müfəttişliyinin tələbi ilə “Azad Avropa/Azadlıq Radiosu” MMC-yə müflisləşmə prosesi çərçivəsində nəzarət tətbiq edib.

Məlumata görə, iflas ərizəsi məhkəməyə martın 4-də verilib. Martın əvvəlində radio Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Qeyd edək ki, bundan əvvəl “Roskomnadzor” AzadlıqRadiosunun saytına girişi məhdudlaşdırıb. Radiostansiya ABŞ hökumətinin Qlobal Media Agentliyi tərəfindən idarə olunur və ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.(konkret.az)

Link kopyalandı!
Son xəbərlər