Avropa İttifaqının gələcəyi ikitərəfli münasibətlərdəxa0yaranan problemlərin həllindədir -xa0Kitaroviç
Siyasət
2654
11 Mar 2023 | 10:16

Avropa İttifaqının gələcəyi ikitərəfli münasibətlərdəxa0yaranan problemlərin həllindədir -xa0Kitaroviç

Qərbi Balkan regionu, Avropa İttifaqı (Aİ) və NATO-nun gələcəyi ikitərəfli münasibətlərdə yaranan problemlərin həllindədir. Qərbi Balkan regionu Aİ-nin bir parçasıdır.

Bunu 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç X Qlobal Bakı Forumu çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda keçirilən panel müzakirələrində deyib.

Sabiq Prezident qeyd edib ki, Aİ qlobal miqyasda ölkələri sülh yolu ilə biləşdirməlidir. “Hazırda Ukraynada gedən müharibə Aİ-də təhlükəsizliyi və sabitliyi çox həssas bir məsələyə çevirib, digər ölkələrin İttifaqa qoşulmaq istəklərinə təhlükə yaradıb. İnsanlar prosesləri dəstəkləməli, seçkilər yolu ilə gələcəklərini müəyyən etməlidirlər. Xorvatiyanın qonşu ölkələrində lazım olan meyarların uyğunlaşdırılması prosesində dövlətlər arasında birgə əməkdaşlıq vacibdir”.(azərtac)

Link kopyalandı!
Son xəbərlər