Azyaşlı uşaq binadan yıxıldı
Hadisə
4219
10 Mar 2023 | 10:16

Azyaşlı uşaq binadan yıxıldı

Goranboyda üç yaşlı oğlan uşağı binadan yıxılıb.

Hadisə yeni köçkün şəhərciyi bina 4 mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu çoxmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncədəki klinikalardan birinə köçürülüb. Vəziyyəti ağır olaraq qiymətləndirilir. (teleqraf.com)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər