“Rusiyanın bu gecəki hücumunda ölən və yaralananlar var” - Zelenski
Dünya
3815
09 Mar 2023 | 19:24

“Rusiyanın bu gecəki hücumunda ölən və yaralananlar var” - Zelenski

Rusiya ordusunun martın 9-na keçən gecə Ukraynada ölkə boyu həyata keçirdiyi hücumlarda ölən və yaralananların olduğu bildirilib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski verdiyi açıqlamada gecə saatlarında Ukraynanın hər yerində raket hücumlarının edildiyini xatırladıb.

Ukrayna Prezidenti Rusiya ordusunun hücumlarının kritik infrastrukturu və yaşayış məntəqələrini hədəf aldığını vurğulayıb.

“Təəssüf ki, yaralılar və ölənlər var. Ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə Zelenski qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər