Böyük Britaniya Norveçin şimalında hərbi dəniz bazası yaradıb
Dünya
3485
08 Mar 2023 | 21:03

Böyük Britaniya Norveçin şimalında hərbi dəniz bazası yaradıb

Norveçin şimalında Böyük Britaniya Kral Dəniz Piyadaları komandolarının hərbi bazası yaradılıb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatda bildirilir. Baza növbəti 10 ildə Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və təlimi üçün əsas mərkəz olacaq.

“Bazanın yerləşdiyi məkan regionda təhlükələri dəf etmək üçün idealdır və Böyük Britaniyaya NATO-nun şimal sərhədlərini, eləcə də Böyük Britaniyanın yaxın müttəfiqi Norveçi müdafiə etmək üçün lazım gələrsə, operativ reaksiya göstərməyə imkan verir”, - deyə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin yaydığı sənəddə deyilir.

Bu qış bazada yerləşdirilən Britaniya komandolarının sayı 1000 nəfərə çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər