Moldova xüsusi xidməti xarici kəşfiyyatı gücləndirmək niyyətindədir
Dünya
3318
08 Mar 2023 | 20:39

Moldova xüsusi xidməti xarici kəşfiyyatı gücləndirmək niyyətindədir

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti xarici kəşfiyyatı gücləndirməyi və Dnestryanı problem üzərində işləməyi planlaşdırır.

Bu və digər prioritetlər barədə məsələlərin icrası idarənin kollegiya iclasında təsdiq edilib.

Qeyd olunub ki, kollegiya iclasında təsdiq edilmiş konsepsiyanın prioritetləri sırasına xarici kəşfiyyat, əks-kəşfiyyat seqmenti, ölkənin reinteqrasiyası və konstitusiya quruluşunun qorunmasına cavabdeh olan bölmənin, əks-informasiya fəaliyyətinin işinin gücləndirilməsi daxildir.

Xatırladaq ki, fevral ayında Moldova prezidenti Maya Sandu ölkədə vəziyyətin sabitliyini pozmaq təhlükəsi olduğunu bəyan edib və parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb.

O, daha sonra bildirib ki, ölkənin dövlət orqanları Ukrayna prezidenti Volodimir Zelenskinin sabitliyin pozulması riskləri və Moldovada dövlət binalarının və girovların ələ keçirilməsi təhlükəsi barədə məlumatını təsdiqləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər