Varlamov Türkmənistan vətəndaşı oldu - FOTO
Dünya
3375
08 Mar 2023 | 20:26

Varlamov Türkmənistan vətəndaşı oldu - FOTO

Rusiyalı urbanist bloqer İlya Varlamov öz sosial şəbəkə səhifəsində Türkmənistan vətəndaşlığını aldığını bildirib.

O, yeni pasportunun fotoşəkillini paylaşıb.

Varlamov sənədi açıq formada göstərməyib, yalnız üz qabığını nümayiş etdirib.

O, bildirib ki, Türkmənistan vətəndaşlığını bu gün ölkənin İstanbuldakı səfirliyində qəbul edib.

Qeyd edək ki, 2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. Bu rəqəm son üç ilin ən yüksək göstəricisi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər