Qətər əmiri: “Maraqlıdır, suriyalılara yardım niyə gec çatdı?”
Dünya
3451
05 Mar 2023 | 15:46

Qətər əmiri: “Maraqlıdır, suriyalılara yardım niyə gec çatdı?”

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani paytaxt Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının Ən Az İnkişaf etmiş Ölkələr üzrə 5-ci Konfransında etdiyi çıxışında beynəlxalq ictimaiyyəti Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyə və Suriyaya dəstək olmağa çağırıb.

Qətər əmiri Əl Tani zəlzələlərdən sonra Suriyaya lazımi yardımların verilməsində gecikmə olduğunu ifadə edərək, “Maraqlıdır, suriyalılara yardım niyə gec çatdı” deyə sual edib:

“Suriyada yaşanan faciənin siyasi məqsədlər üçün istifadə edilməsi qəbul oluna bilməz. Qətər zəlzələdən sonra həm Türkiyə, həm də Suriyaya yardım göndərmişdi.”.

Link kopyalandı!
Son xəbərlər