ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
Dünya
3664
04 Mar 2023 | 09:09

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Bu barədə cümə günü, martın 3-də ABŞ Dövlət katibi Antoni Blinken məlumat verib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yazılı açıqlamasında göstərildiyi kimi, yardım paketinə HIMARS raket sistemləri üçün döyüş sursatları, “Bradley” piyada döyüş maşınları üçün döyüş sursatları, həmçinin ponton keçidləri daxildir.

Mənbə: iz.ru

Link kopyalandı!
Son xəbərlər