Moldova Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağı planlaşdırır
Dünya
3614
03 Mar 2023 | 21:28

Moldova Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağı planlaşdırır

Moldova yaxın gələcəkdə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin əksəriyyətinə qoşulmağı planlaşdırır.

Bu barədə jurnalistlərə baş nazirin müavini - xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku məlumat verib.

"Aİ-nin [Rusiya Federasiyasına qarşı] sanksiyalarına sadiqlik səviyyəmiz yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacaq” – Popesku bildirib.

Onun sözlərinə görə, daha əvvəl Kişinyov və Brüssel Moldovanın dərhal məhdudlaşdırıcı tədbirlərə qoşulmayacağı barədə razılığa gəliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər