Ekskluziv
5031
03 Mar 2023 | 16:05

"İnsanın ölümdən sonra şüurü itmir..." - Alimlər axirət dünyasının mövcudluğunu sübut etdi

"Bədən ölür, lakin kvant sahəsi mövcud olmaqda davam edir. Bu mənada mən ölümsüzəm..."
 
İnsan şüurunun kvant səviyyəsində müəyyən "fiziki" əsası var.
 
Moderator.az xəbər verır ki, bunu britaniyalı fizik, Nobel mükafatı laureatı, Arizona neyrobioloqu Stüart Xameroffla tandemdə işləyən Robert Penrouz güman edir.
 
Tədqiqatçılar "obyektiv reduksiya" nəzəriyyəsini irəli sürüb. Bu nəzəriyyəyə görə, şüurun özünü müəyyən etmək hələlik mümkün deyil, lakin onun təzahürləri mikriborucuqlarda-hüceyrədaxili zülali mikrostrukturlarda kvant-qravitasiya effektlər sistemləridir.
 
Doktor Xamerroff İngiltərənin "Daily Express" qəzetinin jurnalistlərinə izah edib ki, bu kvant vəziyyətlərinin energetik təminatını qandövranı sistemi verir. 
 
"Tutaq ki, ürək dayanıb, qan axmır, mikroborularda olan kvant vəziyyəti yox olur, - Xameroff izah edir. - Lakin borucuqların içərisində olan kvant informasiyası yox olmur, o, sadəcə, bütövlükdə kainat boyunca yayılır".
 
Əgər pasiyent kliniki ölüm keçiribsə, reanimasiya edilir, borucuqların kvant vəziyyəti bərpa ediləcək, informasiya geriyə dönəcək, alimlər güman edir.
 
Əgər pasiyent qəti şəkildə ölürsə, fiziki səviyyədə şüuru özündə təcəssüm etdirən kvant vəziyyətləri bədəndən asılı olmayaraq kifayət qədər uzun müddət mövcud olacaq. Yəni ölümsüz ruhabənzər bir şey yaradacaq.
 
Britaniya-Amerika alimlər tandeminin gəldiyi nəticələrlə Maks Plank adına Münhen Fizika İnstitutunun sabiq rəhbəri doktor Qans-Peter Durr razılaşıb.
 
"Bizim burada və indi bu dünyada gördüklərimiz, əslində, bizim üçün anladığımız maddi səviyyədir. Lakin hüduddan kənar (transsisdental) səviyyələr-sonsuz reallıq da var və onlar xeyli böyükdür.
 
Beləliklə, bizim həyatımız mövcudluğumuzun bu mərhələsində artıq axirət dünyası ilə əhatə edilib. Bədən ölür, lakin kvant sahəsi mövcud olmaqda davam edir. Bu mənada mən ölümsüzəm", - Durr izah edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər