Siyasət
4608
27 Feb 2023 | 19:31

"Bizim ağzımızı yummaq istəyirlər, amma biz, yəhudilər, buna vərdiş etmişik..."

"Kremlin ruporu hərbi müdaxilədən öncə "nasist" Avropada istirahət edib və daşınmaz əmlaka sahiblənib..."
 
Rusiyalı təbliğatçı İtaliyadakı villalarından məhrum edilməsindən şikayətlənib...
 
Tanınmış rusiyalı təbliğatçı Vladimir Solovyov avropalıların onun İtaliyadakı əmlakının "əlindən alınmasından" narazı qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşri yazıb.
 
Özünün nöbvəti efirində putinçi deyib ki, avropalılar "nasist əclaflardır", özünü isə yəhidilərlə müqayisə edib.
 
"Mənim bu nasist əclaflara suallarım yoxdur. Onlar nasistdir. 
 
Əvvəlcə mənim kimi yəhudiləri İtaliyadakı əmlakdan məhrum edirlər. Amma Avropa nasistlərinin bizi əmlakımızdan məhrum etməsinə biz, yəhudilər, vərdiş etmişik.
 
Onlar bizim ağzımızı yummaq istəyirlər. Amma biz buna vərdiş etmişik", - o, deyib.
 
Qeyd edək ki, Kremlin ruporu olan və Rusiyaya sevgisinə and içən Solovyov Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən öncə böyük məmnuniyyətlə, guya, "nasist" Avropada istirahət edib və hətta İtaliyada Komo gölündə özünə villa əldə edərək daşınmaz əmlak sahibi olub.
 
Bu "dəhşətli" yer onun o qədər xoşuna gəlib ki, tezliklə orada  özünə daşınmaz əmlak almaqda davam edib.
 
Lakin ötən il İtaliya Solovyova ölkəyə girişi qadağan edib, həmçinin sanksiyalar çərçivəsində onun əmlakına həbs qoyub.
Link kopyalandı!
Son xəbərlər