Bizi sosial şəbəkələrdən izləyin:
TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.
Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.