Ceyhun Bayramov: “Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”
Siyasət
3663
24 Feb 2023 | 17:18

Ceyhun Bayramov: “Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”

“Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”.
 
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
 
Nazir xatırladıb ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilib.
 
"İnsanlar diri-diri yandırılıb, başları kəsilib, əzab və işgəncələrə məruz qalıb. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 487 nəfərin yaralanıb, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil”, - XİN rəhbəri bildirib.
 
Onun sözlərinə görə, Xocalı soyqırımını törədən Ermənistanın siyasəti etnik və milli ədavət üzərində qurulmuşdu.
 
Link kopyalandı!
Son xəbərlər