ATƏT PA -da Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun cəzalandırılması tələb edildi
Siyasət
3891
24 Feb 2023 | 14:50

ATƏT PA -da Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclası keçirilib.
 
İclasda çıxış edən Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Sederfeltə təşəkkür edib.
 
Azay Quliyev bildirib  ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.
 
Azərbaycan  teror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalanmasını  gözləyir deyə deputatımız fikrini yekunlaşdırıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər