Azərbaycanın bank sektorunun aktivləri 21 %-dək artıb
İqtisadiyyat
3787
24 Feb 2023 | 11:29

Azərbaycanın bank sektorunun aktivləri 21 %-dək artıb

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 861,9 milyon manat təşkil edib.

Bu, ötən il fevralın 1-i ilə müqayisədə 20,7 % çoxdur.

Bankların aktivlərinin 18 milyard 509,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,4 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 40,4 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 22 % artaraq 40 milyard 200,2 milyon manata, o cümlədən depozit portfeli 22,3 % artaraq 32 milyard 968,8 milyon manata çatıb. Bunun 11 milyard 686,8 milyon manatı fiziki, 21 milyard 282 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 23,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 21,6 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 32,2 % azalaraq 215 milyon manat olub.

Sektorun balans kapitalı isə 12,6 % artaraq 5 milyard 661,7 milyon manat təşkil edib.

Link kopyalandı!
Son xəbərlər