ABŞ prezidenti Co Bayden Varşavadan uçarkən büdrəyərək yıxılıb.
Bu barədə "İzvesiya"ya istinadla xəbər verir.
Amerika lideri Polşaya iki günlük səfərindən sonra ABŞ-dakı Endryus Birgə Bazasına yollanıb.
Bu, Baydenin ictimaiyyət qarşısında yıxıldığı və ya büdrədiyi ilk hal deyil.
Ötən il noyabrın 16-da Amerika lideri İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində tədbirə gedərkən pilləkənlərdə büdrəyib.
Bundan əvvəl, iyun ayında Bayden velosiped sürərkən velosipeddən yıxılmışdı. Düşməmişdən əvvəl siyasətçi salam vermək üçün jurnalistlərin yanına getsə də, müvazinətini saxlaya bilməyib.
Bayden dövlət başçısı vəzifəsinə seçildikdən sonra ən yaşlı prezident oldu. 80 yaşlı siyasətçinin səhhəti dəfələrlə amerikalılar arasında müzakirə və narahatlıq obyektinə çevrilib.
Qeyd edək ki, bir gün əvvəl Bayden Varşavada polşalı həmkarı Anjey Duda ilə görüşüb. Liderlər ikitərəfli əməkdaşlıq və Ukraynaya dəstək məsələlərini müzakirə ediblər.