Britaniya Rusiya prezidentini nüvə sazişinin dayandırılması məsələsinə yenidən baxmağa çağırır
Dünya
3323
21 Feb 2023 | 21:29

Britaniya Rusiya prezidentini nüvə sazişinin dayandırılması məsələsinə yenidən baxmağa çağırır

"Ümid edirik ki, Putin Rusiyanın “New START Müqaviləsi”ndə iştirakını dayandırmaq barədə tələsik qərarını yenidən nəzərdən keçirə bilər".

Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü deyib.

O bildirib ki, silahlara nəzarət planetimizin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2010-cu ildə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış “New START Müqaviləsi” hər bir ölkənin arsenalını 1550 nüvə başlığı, 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə ilə məhdudlaşdırır. Müqavilə uyğunluğu yoxlamaq üçün yerində yoxlamaların aparılmasını nəzərdə tutur.

Link kopyalandı!
Son xəbərlər