Bizi sosial şəbəkələrdən izləyin:
Əsrin fəlakəti zamanı Adanada 13 bina dağılıb, 418 nəfər həyatını itirib, dağıntılar altından yalnız 34 nəfər sağ çıxarılıb. Çukurova rayonunun Güzelyalı Məhəlləsində 25 illik 3 blok, 13 mərtəbə və 39 mənzildən ibarət Mete Yaşayış binasının yarısı dağılıb, 12 nəfər dağıntılar altında qalaraq həyatını itirib.
Adana Respublika Baş Prokurorluğu tərəfindən təyin olunan 3 prokuror Mete Yaşayış binasının dağıntılarını araşdıraraq nümunələr götürüb.
Binanın inşaat mühəndisi və texniki tətbiqlər üzrə meneceri Muzaffer Mete əvvəlcə qaçıb, lakin həbs ediləcəyini anladığı üçün ötən gün polis bölməsinə gedərək təslim olub. Hadisə ilə bağlı ümumilikdə 27 nəfər saxlanılıb.
Müzəffər Metenin adı Adana ictimaiyyətinə yaxşı tanışdır.
Məlum olub ki, Mete həm də Cümhuriyyət Xalq Partiyasının (CHP) Ceyhan rayon Bələdiyyəsində satınalma müdiri vəzifəsində çalışır. O, bələdiyyə sədrinin müavini Hülya Erdemin xüsusi komandasındadır.
Müzəffər Mete bir müddət CHP Adana vilayət başçılığı nəzdində Vilayət İntizam Məclisinin sədri vəzifəsini icra edib. 2017-ci ildə yenidən CHP Çukurova rayon sədrliyinə namizəd olsa da, qalib gələ bilməyib. Metenin böyük qardaşı Rza Mete CHP Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karaların baş müşaviridir. /Musavat.com/