Ekskluziv
3001
21 Feb 2023 | 13:00

"Bizim Amerika ilə müttəfiqliyimiz həqiqətən sülhü möhkəmləndirir..." - Zelenski

"Ukrayna, ABŞ və tərəfdaşları Rusiya ilə tarixi qarşıdurmada qalib gələcək..."
 
"Ukrayna əvvəllər hərbi yardım paketinə daxil olmayan silah növlərinin tədarükü üzərində işləyir..."
 
Zelenski Baydenin Ukraynaya səfərinin yekunlarından danışıb
 
Məhz indi və məhz Ukraynada "qaydalara, insanlığa, güvənliyə" əsaslanan dünya düzəninin taleyi həll edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara videomüraciətində bəyan edib.
 
"Bu gün rəmzi gün olub. Tammiqyaslı müharibənin 362-ci günüdür və biz azad ölkənin azad paytaxtında bizim güclü müttəfiqimiz Amerika Birləşmiş Ştatlarının prezidentini qəbul edir, Ukraynanın, bizim münasibələrimizin, bütün Avropanın və qlobal demokratiyanın gələcəyindən danışırıq. Bu, Ukraynanın nə qədər dayanıqlı olduğunu və dünya üçün nə qədər vacib olduğunu göstərir", - Zelenski vurğulayıb.
 
Maydanda ən dəhşətli hadisələrdən və Rusiya təcavüzünün başlanmasından doqquz il sonra Ukrayna həmişəkindən daha çox əmindir ki, ədalət hər halda bərpa ediləcək, dövlət başçısı əlavə edib.
 
"Terrorçu dövlət terrorçu dövlət olmaq üçün ardıcıl olaraq addımlayıb və öx cinayətlərinə görə cavab verəcək. Ukraynanın və bizim tərəfdaşlarımızın, bütün azad dünyanın, bu gün bizə müstəqilliyimizi, azadlığımızı və beynəlxalq hüquq qaydalarını müdafiə etməyə kömək edənlərin hamısının sayəsində cavab verəcək. Biz bu tarixi qarşıdurmada qalib gələcəyik", - Ukrayna lideri bəyan edib.
 
Zelenski deyib ki, fevralın 20-də o, Baydenlə görüşü zamanı o cümlədən artıq bu il Ukrayna, ABŞ və müttəfiqlərinin Rusiyanın başladığı müharibədə qələbə qazanmaq üçün hər şeyi necə etmək barədə danışıb.
 
"Bunun üçün konkret addımlar bəllidir. Bizim müdafiə ehtiyaclarımız bəllidir. Hansı fəal hərəkətlərə, ilk növbədə cəbhədə döyüşçülərimizin hərəkətlərınə ehtiyac olduğu da tərəfdaşlarımıza yaxşı bəllidir. Yalnız qətiyyət lazımdır", - dövlət başçısı əmindir.
 
O, vurğulayıb ki, fevralın 20-də danışıqlar zamanı o, Baydenin və Amerika Birləşmiş Ştatlarının belə qətiyyətini görüb.
 
"Mən cənab prezidentə bu səfərə və həqiqətən faydalı danışıqlara görə minnətdarlıq etmək istəyirəm. Bütün ukraynalılar adından bütün amerikalılara, adi insanlara və icmaların və birliklərin liderlərinə, Konqresin hər iki partiyasının və prezidentin komandasının bütün üzvlərinə bizim münasibətlərimizin, Ukrayna ilə Amerika arasında münasibətlərin tarixən əm məzmunlu səviyyəyə çatdığına görə minnətdaram. Bizi əsl müttəfiq adlandırmaq olar və bizim Amerika ilə müttəfiqliyimiz həqiqətən sülhü möhkəmləndirir", - Zelenski deyib.
 
Zelenski Baydenə yeni hərbi yardım paketinə görə təşəkkürünü bildirib.
 
Ukrayna əvvəllər hərbi yardım paketinə daxil olmayan silah növlərinin, o cümlədən uzaqvuran silahların tədarükü üzərində iş aparır.
 
"Uzaqvuran və digər növ silahların tədarükü üzərində işləyirik. Mən inanıram ki, bu, ön cəbhədə döyüşçülərimizin gücləndirilməsinə gətirib çıxaracaq", - Zelenski vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər