Qızıl FED-in iclas protokollarının dərc olunması ərəfəsində ucuzlaşıb
İqtisadiyyat
2797
21 Feb 2023 | 10:25

Qızıl FED-in iclas protokollarının dərc olunması ərəfəsində ucuzlaşıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində qızıl cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 846,15 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,5 % düşərək 1 unsiyası 21,707 ABŞ dolları təşkil edib.

Bazar iştirakçıları fevral iclasının protokollarında tənzimləyici orqanın gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər.

Link kopyalandı!
Son xəbərlər