Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib - YENİLƏNİB
Dünya
3303
17 Feb 2023 | 21:28

Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib - YENİLƏNİB

Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb.

Məlumata görə hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.

Talibanın Pakistandakı qolu – Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.

Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.

Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.

Hücumun davam etdiyi bildirilir.

***

19.54

Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib.

Pakistan mətbuatı polis idarəsinin binasına azı 8-10 terrorçunun daxil olması ilə bağlı məlumat yayıb.

Binanın daxilində 2 saata yaxındır ki, atışma səslərinin eşidildiyi bildirilir.

İnsident zamanı xilasetmə rəsmisinin yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

Link kopyalandı!
Son xəbərlər