Türkiyədə aktiv qırılma xətlərinin xəritəsi yayımlandı: 5,5 və daha güclü zəlzələ yarada bilər - FOTO
Aktual
3626
15 Feb 2023 | 15:56

Türkiyədə aktiv qırılma xətlərinin xəritəsi yayımlandı: 5,5 və daha güclü zəlzələ yarada bilər - FOTO

Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) tərəfindən ölkədəki aktiv qırılma xətlərinin xəritəsi dərc edilib.
 
Xəritəyə görə, ölkədə 485 aktiv qırılma xətti var ki, bunlar 5,5 və daha yuxarı gücə malik zəlzələ əmələ gətirə bilərlər.
 
MTA tərəfindən hazırlanan Türkiyənin Aktiv Qırılma Xətləri Xəritəsində əks olunan ərazilər isə Aksaray, Aydın, Balıkesir, Bolu, Burdur, Bursa, Bingöl, Denizli, Eskişehir, Erzincan, Erzurum, Hakkari, Hatay, İzmir, Kahramanmaraş, Manisa, Muğla , Kocaeli, Konya, Osmaniye, Sakarya və Tokatdır. Bundan əlavə, bir çox rayonlar da bu xətlər üzərində yerləşir.
 
Türkiyədə birbaşa aktiv qırılma xətti üzərində yerləşən 42 vilayət və 110 rayon var. /Oxu.az/

Mənbə: TRT Haber

Link kopyalandı!
Son xəbərlər